Предыдущая публикация
Ahım səpələndi gecələrinə.
Düşüb bu şəhərin küçələrinə-
Kimi axtarıram, kimi təzədən?!
O da xatirələr köçündə getdi,
Sirli duyğuların içində getdi.
Həvəsim ilişib saçında getdi,
Kimi axtarıram, kimi təzədən?!
Ömrün keyf içində itirdi günü,
Ta indi açılmır, itir düyünü.
Tapıb aparıblar itirdiyimi,
Kimi axtarıram, kimi təzədən?!
Heç dəli sevgi də başa tac deyil,
Könlüm o istəyə ta möhtac deyil.
Axı bu taledir, gizlənqaç deyil.
Kimi axtarıram, kimi təzədən?!
Elşən Əzim
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев