Предыдущая публикация
Bir ömür yaşardım bəxtəvər adlı,
Məni bu dünyada duyan olsaydı.
Hər sətrimi xoşbəxtlikdən yazardım,
Bir nəfər xoşbəxtəm deyən olsaydı.
.
Nə Məcnun olardı, nə də ki, Leyli.
Aşiqlər salmazdı yad gözə meyli.
Tapılmazdı qismətindən gileyli,
Xoş ömür sürməyə qoyan olsaydı.
.
Çəkməzdi ah-nalə, susmazdı kaman.
Bəxtə yazılmazdı nə pis, nə yaman.
Deməzdi dərdini sağaldar zaman,
Özü bu dünyadan doyan olsaydı.
.
Olmazdı pis gəlin, qalmazdı bir qız
Dərddən sizlamazdı ürəklər yalqız.
Esi, parlayardı hər evdə ulduz,
Namərdin gözünü oyan olsaydı.
Müəllif Esmira Tahirqızı


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 26
necesiz? ne xoş sizi burda görmek.
Cox gözeldi.hemişe olduğu kimi.
necesiz?
şükür edib arzu dileyek her an.