Предыдущая публикация
Sənə göndərdiyim bu son məktubu,
İstər saxla, istər cır at, özün bil.
İstəyirsən sərin su tök yarama,
İstəyirsən alova at, özün bil.
.
Gücüm çatmır bu eşqi tək daşıyam.
Elə bil ki, itmiş üzük qaşıyam.
Heç bilmirəm sənsiz necə yaşıyam,
İstər qayıt, istər it- bat, özün bil.
.
Leyli kimi gəzdim sevgin yolunda.
Düymən oldum köynəyinin qolunda.
Yaşadırsan düz sinənin solunda,
İstər yandır, istər də çat, özün bil.
.
Esmiranı əlində şam gəzərsən.
Əzilməyən qürurunu əzərsən.
Tənhalıqdan bir gün sən də bezərsən.
İstər oyan, istər də yat, özün bil.
Müəllif Esmira Tahirqızi


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8