Предыдущая публикация
Telli sazı qəmlə köklə, ay Rasim,
Kərəmi çal ürəyimi dağlasın.
İllərdir ki, sağalmayan yaramı,
Anam özü əlləriylə bağlasın.
Kərəmi çal ürəyimi dağlasın.
.
Pərişandı halım, yoxdur amanım.
Rahatlıq tapmayır həsrətdən canım.
Elə hava çal kı alışım yanım,
Ah-naləmdən daş-qayalar ağlasın.
Kərəmi çal ürəyimi dağlasın
.
Esmirayam, ruhum uçub yerindən.
Kövrək könlüm ayrı düşüb elindən.
Göl yaranıb göz yaşımın selindən.
Sızıltıdan qəlbim coşub-çağlasın,
Kərəmi çal ürəyimi dağlasın.
Müəllif Esmira Tahirqızı 02 09 2017


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3