Предыдущая публикация
Qədrimi bilmədin mənim, ay zalım,
Son dəfə üzünə baxıb gedirəm.
Məndə yandırdığın odun közüylə,
Bütün kainatı yaxıb gedirəm.
Gün-gündən artırdın dərdin sayını.
Duymadın könlümün qəm harayını.
Həyatın verdiyi sevgi payını
Qarşında yerlərə çaxıb gedirəm
.
Qıymadın bir şirin sözünü mənə
Baxmadın saçıma tez düşən dənə.,
Yenə də xoşbəxt ol ,deyirəm sənə
Esiyəm,eşq evin yıxıb gedirəm.
Müəllif Esmira Tahirqızı


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев