Gecə gündüz yatmaq olmur əzizim.
Adam istər bircə kərə toxuna.
Arzu kama çatmaq olmur əzizim.
Dillənəndə topuq vurur dodağım.
Utanıram tez qızarır yanağım.
Kaş olaydın bir ömürlük qonağım.
Tellərindən tutmaq olmur əzizim.
Ömür qoydum hər gün gedən yoluna,
Heç baxmırsan sənə baxan halıma,
Bir cüt gözüm baxır gül camalına.
Şimşək olub çaxmaq olmur əzizim.
Hər səhərim tezcə dönür axşama,
Görmədimsə zülmət gəlir dünyama
Gecələri giley edib bir şama.
Gileylənib yatmaq olmur əzizim .
Tanrıyamı ya İsaya yalvarım.
Qəmə düşür sənsiz keçən hər halım
Zülüm çəkir səni sevən ay zalım
Belə evi yıxmağ olmur əzizim.
Qoşa gəzir məhəbbətdən kəm olan.
Şair qəlbim Eşq taleyi qəm olan
Məhəbbətsiz bir yetiməm yox anam.
Yetim ruhu atmaq olmur əzizim.
Ruslan abbas 29.7.2023


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5