Предыдущая публикация
Evində məhəbbət barı yoxdusa
Qırdınsa ürəyi birdə barışmaz.
Yüz həkim bilənməz yarı yoxdusa,
Təbiblər yüz yerə yazacaq səni.
Hələ çox dərtlərə salacaq səni.
Get gəlin o qədər yoracaq səni
Evinin şəkəri balı yoxdusa,
Məcnun dərəsində leyli nə gəzir.
İndiki zamanda sevgi nə gəzir.
Kim gəzir hər yerdə xeyrini gəzir.
Neynir ki, imkanı malı yoxdusa,
Əsiri olarsan bu zəmanənin
Qəbrini qazdırar bu zaman sənin
dediyim sözlərdən olasan əmin.
İnsanın çalışqan əli yoxdusa,
Yüz əylən fələyin oyunlarınnan
Təmanna umanlar çoxdu yarından.
Bezdim bu dünyanın etibarından.
Kişini saymıllar pulu yoxdusa
Ruslan Abbas 10.05.2023


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1