Предыдущая публикация
Gördüm yollarında hey azıram mən.
İstədim sən adlı qəmi pozum mən
Hara sən yazıram qəm yazıram mən.
Baxışım gözündə üzündə qaldı
İstədim söz deyəm sözümdə,qaldı
Səbirdə, azaldı dözüm azaldı.
Bu bəxti taleyi kəm yazıram mən.
Gedənlər döndülər bu yoldan daha.
Yağışda boranda girmə günaha.
Səni gözləyirəm inan Allaha
Dağlara daşlara dön yazıram mən.
Nə çəkdim nə Gördüm eşqində acı.
Bu taleh bilmirəm görən nə yazı.
Sevgimin eşqimin yoxdur əlacı.
Bil qayıt yazıram gəl yazıram mən.
Qoydun bu gözlərim yolda qaldısa.
Bəxtim getdiyi yol tənha yoldusa.
keçənlər keçdisə olan oldusa.
Günahı sənindi sən yazıram mən
Ruslan Abbas. 17.04.2023


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев