Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, təlimdə azərbaycanlı mütəxəssislər kosmik missiyalar və peyk layihələrinin idarə olunması, peyk mühəndisliyi və peyklərin idarə edilməsi, peyk rabitə sistemləri, orbital mexanika, yerüstü stansiya şəbəkəsi, peyk sistemləri və təsisatlarının sınaq prosesi kimi bir sıra mühüm mövzularda konseptual biliklərə, həmçinin peyk mühəndisliyi üçün tələb olunan praktik bacarıqlara yiyələniblər.
Təlim Almaniyanın Kosmik Texnologiyalar və Mühəndislik təşkilatı tərəfindən təşkil olunub və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan bir sıra ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub. Təlim müddətində iştirakçılar Almaniyada, Neusterlitz şəhərində yerləşən məsafədən zondlama peykləri üzrə yerüstü idarəetmə stansiyasına, eyni zamanda peyk platformalarının yığıldığı laboratoriyaya da baş çəkib, yerüstü stansiyanın iş mexanizmi və peyk platformalarının sınaq prosesləri ilə yaxından tanış olublar.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев