Rəqəmsal yayıma tam keçidin 2013-cü ilə qədər həyata keçirilməsi planlaşdırılır. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Şura sədri bununla bağlı aztəminatlı əhaliyə yardım göstərilməsi üçün dövlət başçısına müraciət edildiyini və hazırda hökumətdə bu məsələyə baxıldığını vurğulayıb. Onun sözlərinə görə, qərar qəbul olunarsa, təxminən 130 min insana yardım olunacaq: “Bu olarsa, biz rəqəmsal yayıma daha tez keçə bilərik, analoq yayımı dayandırarıq. Bununla bağlı 5-6 milyon manat vəsait Müdafiə Sənayesi Nazirliyinin müvafiq zavoduna investisiya şəklində verilərsə, onda dekoderlərin qiyməti aşağı düşər. Həmin dekoderlər aztəminatlı ailələrin özlərinə birbaşa əşya kimi təqdim olunardı. Bunun çox gözəl mexanizmi var. Əgər dekoderlər hazır olarsa, onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahıya uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq şöbələri qısa müddətdə əhaliyə çatdıra bilər”.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев