Sabahdan ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılacaq. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və dəyişə bilməz: “Bu elə məsələdir ki, bir dəfə qərar verilir. Qərar verilib, yerinə yetiriləcək. Bu qərarı pozanlara qarşı qanuna uyğun addımlar atılacaq. MTRŞ-nın qərarları kanallar üçün məcburidir. Qəbul etməsələr, qərarı yerinə yetirməsələr, təbii ki, adekvat addımlar atılacaq”.
Şura sədri bəyan edib ki, qanuna əsasən, MTRŞ-nın qanunu pozanlara qarşı üç cəza tədbiri var: “Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın geri alınması üçün işə başlayır. Qanunu pozanlar üçün bu üçündən biri tətbiq olunacaq”.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев