Hər gün saat ikidə,üçdə yatıram. Gah kitab oxuyuram,gah da kinoya baxıram. Hərdən də düz getməyən işlərdə günahkar axtarırcasına düşünürəm. Bəzən tapıram o günahkarı. O bəzənlərdə də həmişə özüm oluram günahkar. Və yaxud səbəbkar. Niyə həmişə etmədiklərimizin təssüfünü cəkirik sualı didir beynimi. Amma "niyə bunu etdim?" də var axı. İnsanın icindəki təlatüm və ziddiyyətlər bitmir ki. Kimi bir təbəssümə xoşbəxt olur,kimi bir şer parçasına,kimi hər namaz vaxtı,kimi təriflərə,kimi bu günlük qazancına ...və s. Bütün bunlar insan xislətidir. .. Görəsən neçə nəfərimiz bu gün kimisə sevindirməyin qürur və rahatlığını yaşayır...
Sessizliyim...
Vərəq ağ,qələm lal.
ürəyimdəsə sənsizlikdən doğan
bir sürü söz yığnağı.
Hayqırmağa utanıram,pıçıldasam
duyarsanmı?!
Tüstüsüz qor olurmuş,
səssiz də ulartı.
Bir kərə boylanıb ruhuma,
görüb bu köz-köz yanmağı-
Qoşulub bircə qırıq
Yanarsanmı?!
Çılğın “mən” olub yaman yavaş
Ürək səksəkəli,hər döyüntüsü təlaş
Bir gecəlik gələsən kaş-
Mən seyr edəm-sən mışıl-mışıl
Yatarsanmı?!
Baxarsanmı,baxıb görərsənmi
Gözümdən ruhumu.
İçimdəki savaşı,ahı,ufu?
Aşarsanmı ətrafındakı qorxunu, xofu
Bircə dəfə gülmsəyərək qucağını
Açarsanmı?!