Предыдущая публикация
250
Könlümü zar elədi sevdiyim afət nə edim??!
Dərd ilə qüssə ilə etdim ziyafət nə edim??!
İstədim can evimə ömürlük mehmanım ola,
O isə can evimə etdi xəyanət nə edim?!!
Hər kəs arzular qurub, sevgisi haqqında durar,
Mənim arzu etməyim oldu qəbahət nə edim?!!
Bir həyat düşünmüşdüm qüssəsi, ahı olmayan,
Yaşadım həsrətin ilə min səfalət nə edim?!!
Səhv edib canana canım demişəm anlayıram,
Canan alıb canımı edib cinayət nə edim?!!
Ceyhun sənə çoxları sevgidən uzaq ol dedi,
Edə bilmirsən indi kiməsə şikayət nə edim?!!
23.09.2018
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1