Ağıl: Nədir dərdin? nədir bu iztirabların səbəbi?
Ürək: Sevdiyimdən ayrı olmağım
Ağıl: Sevdiyin!? sən onu sevirsən?
Ürək: Sevirəm
Ağıl: Bu sənə elə gəlir
Ürək: Yox, bu həqiqətdir
Ağıl: Həqiqət... Həqiqət odurki sən özün özünü aldadırsan
Ürək: Yalan deyirsən
Ağıl: Yalan deyirəm? O zaman cavab ver suallarıma
Ürək: Buyur
Ağıl: Demək sən onu sevirsən
Ürək: Sevirəm! Sevirəm! Sevirəm!
Ağıl: Çoxmu sevirsən?
Ürək: Hərşeydən çox
Ağıl: Onun bundan xəbəri varmı?
Ürək: Yox
Ağıl: Deməli onun xasiyyəti bilmirsən
Ürək: Yox
Ağıl: Yaxşı bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici görünüşünümü?
Ürək: ...
Ağıl: Susursan, çünki qəbul etmək istəmirsən bunu,amma bu belədir. Onu sevdiyini söyləyirsən, amma yaxından tanımırsan, yəni onun müsbət və ya mənfi xüsusiyyətlərini bilmirsən. Belə çıxırki, sən onu yox, o gözəlliyin timsalında xəyalında canlandırdığın ideal bir qızı sevirsən. Onun yerində başqa bir gözəl qızda ola bilərdi. Nəisə davaqm edək. Bu sevgidən sən nə gözləyirsən?
Ürək: Mən bu sevginin qarşılığında ondan heçbirşey gözləmirəm, onun varlığı bəsdir mənə
Ürək: Bax bunu isə mən qəbul etmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gözəlliyə olan vurğunluqdur. Sevgi-sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.
Ürək: Elə bilirsən mən bunları istəmirəm?
Ağıl: Bunun üçün konkret bir addım atmısanmı?
Ürək: Yox
Ağıl: Niyə?
Ürək: Bu mümkün deyil, məndən aslı olmayan səbəblər var
Ağıl: Bəlkə qorxursan?
Ürək:Nədən?
Ağıl: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdıqın kimi olmayacaqından?
Ürək: ...
Ağıl: Yevə susursan. Nə vaxta kimi davam edəcək bu hisslər ? Nəvaxta kimi özünü inandırdıqın bu sevgidən əzab çəkəcəksən?
Ürək: Nəqədərki sağam, nəqədərki döyünürəm sevəcəm onu
Ağıl: İnanmıram. Ötəri hissdir bu. Gözdən uzaq olan könüldən uzaq olar deyiblər. O sənin yanında deyil və əvvəl axır unudacaqsan onu
Ürək: Yox, heç vaxt. Mən həran onu düşünürəm,onun xəyalı həmişə mənimlədir
Ağıl: Boş təsəllidir. İnsan ömrü boyu xəyallarla yaşaya bilməz. Sənin bu hisslərinə cavab verəcək birinə eytiyyac duyacaqsan və nəvaxtsa onun kimi gözəl, eyni zamanda səni sevən , başa düşən bir qız qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə çevriləcək sənin üçün
Ürəy: İnanmıram sənə
Ağıl: Nəqədərki tezdir əlçək bu sevdadan. Boş yerə aldatma özünü,əzab vermə özünə. Sabah onu bir başqasıilə görsən bilki, onun buna haqqı var. Bundan sonra sən daha çox əzab çəkəcəksən. Yaxşısı budur çıxart bu fikirləri başından. Necəki onun varlığına alışmısan, çətin olsada yoxluğunada alışacaqsan. Bunuda yadında saxla nəqədərki insan fanidir və fani olanı sevir bu sevginin ömrü az olacaq. Əbədi olanı sevmək lazımdı!!!
Ürək: ...
Ürək susdu bu sözlərin qarşısında, nə cavab verəcəyini bilmədi. Amma ağlında dediklərinidə qəbul etmədi, çünki sabahı düşünmür bu günü yaşayır.İnsan ağlı ilə hərəkət edir amma qəlbiylə sevir.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1