Olmasin qəlbində nə kədər nə kin
Cox qonaqpərvərlik, nə utan, çəkin,
Axtarsan tapmazsan yüz özün daniş.
Atini yavaş sür Qazağa qədər,
Şairləri yurduna yaxşi sal nəzər,
Hər şeyə qiymət ver, dolanma hədər,
Baxmaqla doymazsan, gəz, özün daniş.
Ağstafa, Zəyəm, Tovuzda dayan,
Gələr görüşünə aşiqlarinda
Sevgidən, dostluğun etibardan
Gör nə dillər tökür saz, özün daniş.
Şəmkirdə çaxir iç, cix Daşkəsənə
Nə istəsən verər o mədən sənə,
Hər qariş torpaği gövhər dürdanə,
İnanmirsan, götür qaz, özün daniş.
Dəstəfur, Gədəbəy, bir yani Xanlar,
Hər daşin, bulağin öz tarixi var,
Göygölü görendə eyləmə iqrar.
Edir asimana naz, özün daniş.
Keçəndə az dayan Dağkəsəməndə,
Bir ahu gözüylə salam de məndən,
Ötəndə üzüm dər bağ dərəsindən,
Salximi əlinlə üz, özün daniş.
Dolan Kəlbəcəri, ötüş Laçina,
Gözün qaralmasa, gəl məni qina.
Könlünü bağlasan dağlar qizina,
Zülfünə gül-çiçək düz, özün daniş.
Dilican dərəsini ziyarət eylə,
Vaqifdən şeir de, Vurğundan söylə,
Göyəzən dağini tut şirin dilə,
Məxmər çəmənliyi gəz, özün daniş.
Qirxbulaq, Qazan çay, Gorusa da bax,
Nəbidən, Həcərdən tutarsan xəbər.
Bir gecə Şuşada qalarsan qonaq,
Qizartsin kababi köz, özün daniş.
Yaxşi nəzər yetir Milə, Muğana,
Şöhrəti siğmayir ulu cahana,
Əlibayramlidan əyil Salyana,
Qoy o səhralarda iz, özün daniş.
Kürdəmir, Şamaxi, Lahic elləri,
Hürküt Babadağda vəhşi kəlləri,
Qutqaşen, Vartaşen six meşələri,
Şəkidə bir toyda süz, özün daniş.
Zaqatala, Eldar, Samuxdan Kürə,
Qayiqla birbaşa Mingəçevirə,
Ağdaş, Göyçay, Yevlax, çix Mirbəşirə,
Əmin ol deyirəm, düz, özün daniş.
Dağliq Qarabağdan en Qarabağa
Ədəblə deyərlər xoş gəldin, qağa.
Astara, Lənkəran, Kürboyu sağa
Bacarsan Arazda üz, özün daniş.
Baki, Sumqayiti gəz qayidanda
Xudat, Xaçmaz, Dərbənd yolunda
Badamlida su iç, ol Naxçivanda
Götür yemək üçün duz, özün daniş.
Goranboy, Ağcakənd əhədi bahar,
Şairli, şeirli, cananli diyar,
Gəncədə başina yiğilar dostlar,
Qoş orda yadigar söz, özün daniş.
Qaranliq düşməmiş gəl Naftalana
Ora şəfa verir milyon insana,
Cinli-Bolusluda mehman ol mənə.
Gör nə mehribaniq biz, özün daniş.
Məclisdə Səfəri unutma bari,
Yetir qəlbindəki xoş arzulari,
Vətəndə gördüyün neməti, vari
Mübarək əlinlə yaz, özün daniş.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев