Eh, o gündən, xoş anlardan bax, indi,
Neçə aylar, neçə illər ötüşür...
Biz görüşən o bağçada bax, indi
Neçə sevən, sevilənlər görüşür...
Yaz gəlibdir, küslülər də barışır,
Süsən-sünbül bir-birinə qarışır,
Ötən quşlar, bir-biriylə yarışır.
Bax, quşlar da gör nə gözəl ötüşür.
Göz oxşayan buta güllər açıbdı,
Qönçələnib, gül dodağı qaçıbdı,
Öz ətrini bağça-bağa saçıbdı,
Bülbüllər də bir-biriylə öpüşür...
Sədi düşüb təbiətin sehrinə,
Qarışıbdır gül-çiçəyin mehrinə.
Vaxt-vədələr işləməyir xeyrimə,
Hiss etmədən günlər yaman ötüşür....