Eh, o gündən, xoş anlardan bax, indi,
Neçə aylar, neçə illər ötüşür...
Biz görüşən o bağçada bax, indi
Neçə sevən, sevilənlər görüşür...
Yaz gəlibdir, küslülər də barışır,
Süsən-sünbül bir-birinə qarışır,
Ötən quşlar, bir-biriylə yarışır.
Bax, quşlar da gör nə gözəl ötüşür.
Göz oxşayan buta güllər açıbdı,
Qönçələnib, gül dodağı qaçıbdı,
Öz ətrini bağça-bağa saçıbdı,
Bülbüllər də bir-biriylə öpüşür...
Sədi düşüb təbiətin sehrinə,
Qarışıbdır gül-çiçəyin mehrinə.
Vaxt-vədələr işləməyir xeyrimə,
Hiss etmədən günlər yaman ötüşür....
QAYITMAZ Keçən günlər ələ düşməz bilirsən, O, quş kimi uçdu, geri qayıtmaz. Xoş anlarda geri dönməz bilirsən, Şirin tuş tək qaçdı, geri qayıtmaz. Qismət verən, verər bizə bir dəfə, Bəxtin varsa tuş gedərsən hədəfə, Gözü yolda o, günləri hər dəfə, Gözləsən də mində biri, qayıtmaz. Ürək dolu bir sevinib, gülmədik, Gor qocalıq necə kəldi, görmədik. Cavanlığın qədrini də bilmədik, Arxasınca yüyür, yeri, qayıtmaz. Bu dünyanın «at işləməz yolu var», Bizim ilə «gizlənpaç»tək oynu var, Hər ömrün də əvvəli tək sonu var, Gələn gələr, gedən geri, qayıtmaz. Sə'di deyir:-- bir ömrümüz var, yaşa, Bu dünyaya sən də bir qur tamaşa. Gödək ömrü kişi kimi vur başa, Bu günlər də gedər, geri qayıtmaz.
SEVƏNLƏR BİLƏR Əgər sevməsəydi dünyada insan İnanın, bir gün də yaşıya bilməz. Sevməsə, sevginin ağır yükünü, Bütün ömrü boyu daşıya bilməz. Nədir ülvi sevgi, nədir məhəbbət? - Onu varlığıyla sevənlər bilər. Bizlərə ruh verən, eşq-məhəbbət Hissini yaşayıb, duyanlar bilər.