Azərbaycanın “Tufan”ı
Fevralın 14-də Müdafiə Sənayesi Nazirliyi Bakı Cihazqayırma Zavodunda müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan minaya davamlı “Tufan” zirehli nəqliyyat vasitəsinin təqdimatı olub. Bu, Azərbaycanın ilk milli zirehli nəqliyyat vasitəsidir.
Nəqliyyat vasitəsi döyüş şəraitində şəxsi heyəti nəql etmək üçün nəzərdə tutulub. Avtomaşın məsafədən idarə olunan xüsusi döyüş modulu, tank əleyhinə idarə edilən raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və digər sistemlərlə təchiz edilib.
Nəqliyyat vasitəsi kəskin yoxuşlarda və enişlərdə, həmçinin su xəndəkləri olan müxtəlif relyef şəraitində rahat hərəkət etmək qabiliyyətinə malikdir