İmam Sadiq (ə) buyurmuşdur: "Möminin sizin üzərinizdə yeddi haqqı vardır: 1-İnsanın özünə istədiyini onun üçün də istəmək. 2-Onun hacətlərini yerinə yetirməkdə əlindən gələni əsirgəməmək. 3-Bədən (əl, ayaq və s.) üzvləri ilə ona kömək etmək. 4-Onun eyblərini örtmək. 5-Sən tox, o isə ac olmasın. 6-Onun işlərinə kömək etmək. 7-Xəstə olanda görüşünə getmək və dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmək.