Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..