Предыдущая публикация
BELƏCƏ YAŞARAM...
Səhər – dan şəbnəmi bir udum udub
Öz könül mülkümü şad eyləmişəm.
Talenin əmriylə qürbəti tutub
Vətəni özümə yad eyləmişəm.
Divarlar içində evim - vətənim,
Bayırsa qübətin qatı yeridi.
Gündüzlər başımı qatır gündəlik,
Gecələr həsrətin kötü* yeridi.
Nə deyim, neyləyim qismət yazana -
Bir udum havası bəs idi mənə.
Vətən deyə deyə döndüm ozana,
Eh, elə beləcə yaşaram yenə…
*kötü – burda, ağır, incidən
Gülxanım Rzazadə


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3