Bi neçə gün əvvəl təsadüfən öyrəndim ki, həmyerlimiz, Azərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli 16.08.2018-ci il tarixdə 65 yaşında infarktdan dünyasını dəyişib
Z.Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonunun Kərimbəyli kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb(1970-1974).
Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləyib.
Mərhum alim AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib (1976-1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1992).
Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi olub. (1979-2002).
2003-cü ildən orada baş elmi işçi vəzifəsində çalışıb. Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləyib.
Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunub.
Allah rəhmət eləsin!
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев