NAMAZIN BƏZI ƏMƏLLƏRININ FƏLSƏFƏSI
Bir nəfər Əli (ə)-dan soruşdu: – "Təkbirətul-ehram" deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?
İmam (ə) buyurdu: – Mənası budur ki, Allah böyükdür, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz.
Soruşdu: – Rüku halında boynu (yuxarı) dartmağın mənası nədir?
İmam (ə) buyurdu: – Mənası budur ki, Allaha iman gətirdim, hətta boynumu vursalar belə.
Soruşdu: – Birinci səcdənin mənası nədir?
İmam (ə) buyurdu: – Mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan"; başı səcdədən qaldırmağın mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan"; ikinci səcdənin mənası budur ki, "Pərvərdigara! Sən bizi
Namazda əlinlə, başınla, üzünlə oynama, ürəyində danışma, əsnəmə... – namaz haqqında HƏDISLƏR
Zürarə İmam Baqirdən (ə) belə nəql edir: “Namaz qılanda hüzuri-qəlblə və diqqətlə qıl! Çünki sənin namazdan nəsibin – təkcə ona olan diqqətin qədərdir. Heç vaxt namazda əlinlə, başınla, üzünlə oynama, ürəyində danışma, əsnəmə!”.
İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edib buyurur: “Mömin
bəndə namaza durduğu zaman, Allah Təala ona namazın sonunadək mərhəmətlə
baxar, Allahın mərhəməti onun başının üstündən səmayədək kölgə salar,
onun yanından üfüqlərədək mələklər toplanar. Allah Təala onu üçün bir
mələk təyin edər ki, onun başı üstündə durub deyər: “Ey namaz qılan! Əgər kimin sənə baxdığın