- ey, mənim optimist hallarım. tez aldanışlarım çox inanışlarım altdan alışlarım xətanı daim özümdə görüşlərim dəyməyəcəkləri düşünmələrim əbəs yerə axıb gedən göz yaşlarım hər kəsi insan yerinə qoymalarım hammınıza əlvida.) artıq mən kimsənin heç kimsəsi olmayacağam.
- hər kəs dənizin, səmanın, ulduzların və ayın rəsmini qəşəy rakurslardan lentə alıb paylaşmaqda ustadır. amma mən yaşadığım zaman dilimində saatlarca onlara baxaraq zövq alan, orada özünü itirən axtaran tapan və xəyallara dalaraq ruhunu bağışlamağa hazır olan insanoğlu görmədim.
- bu həyatda əsəbimin keçməyəcəyini düşündüyüm şeylərə əsəbim keçdi. bitməyəcəyini düşündüyüm hər şeyi içimdə bitirdim. unutmayacağımı düşündüyüm çox şeyi unutdum və gördüm ki, bütün yaşananların sonunda mənə qalan tək və ən gözəl şey özümə olan hörmətimdi.