Qorxuram
Sən mənimçün sehirmisən, sirmisən
Pərvanə tək hey oduna yanıram
Ürəyimə gəlib elə girmisən
Gecə ,gündüz yalnız səni anıram
.............
Tanrı verib səni mənə bir inci
Ürəyimdə ürəyinin dəmi var
Bir üzümdə bir dünyanın sevinci
Bir üzümdə bir dünyanın qəmi var
.........
Qorxuram ki,birdən səni itirrəm
Qprxuram ki,əlim səndən üzülər
Ürəyinə gülüm kədər gətirrəm
Yanağına göz yaşları süzülər
.........
Gəl ol mənim ürəyimin parası
Ömrüm günüm yenə nura boyansın
Qoy sağalsın bu qəlbimin yarası
Yatmış bəxtim bir də yenə oyansın
Yazar...Polad Hüseyn
Vəfasız dünya
..........
Dedim çox tələsmə, bax, tələsirsən
Aramla getmirsən, yox , tələsirsən
Yaman tələsirsən,çox tələsirsən
Hara tələsirsən vəfasız dünya.
.....
Hələ ürəyimdə neçə arzu var
Hələ saçlarıma indi yağır qar
Gözün yola dikib bir nazlı nigar
Hara tələsirsən vəfasız dünya
....
Gözümü açandan gözlərim yaşlı
Yollarım keçilməz , yollarım daşlı
Hələ yaşamamış əməlli başlı
Hara tələsirsən vəfasız dünya
....
Qəsdin nə salırsan əzaba, dərdə
Çəkirsən üzümə, gözümə pərdə
Mən gələ bilmərəm qoynuna bir də
Hara tələsirsən vəfasız dünya
......
Tələsmə ,nə qalıb yüzə,əlliyə
Nə sözə güc vermə ,nə təsəlliyə
Vurğunam səndəki bu gözəlliyə
Hara tələsirsən vəfasız dünya
.......
Hələ səslənməmi
Belə yasayasan
..........
Yarıyolda qalmamaqçun
Gərək ömrü yaşayasan
Nə boyda dərdin olsa da
Gizlin gizlin daşıyasan.
....
Bəzən dönüb bir qartala
Sal qayadan atılasan
Elin dərdi,səri nəsə
Sən də ona qatılasan
.....
Son mənzilə yollananda
El sənə rəhmət oxuya
Bəzək vura məzarına
Çiçəkdən çələng toxuya.
....
Bu dünyada olmayanda
Ürəklərdə yurd salasan
Sevinclə yada salınıb
Sevinclə də anılasan
.......
Tanri verən bu həyatı
Gərək belə yaşayasan
Cahilliyi, nadanlığı
Verib selə yaşayasan
.. Polad Hüseyn