Предыдущая публикация
Qəlbə həmdəm olar,könülə sirdaş,
Qardaş cəfasını çəkər,bacılar.
Ömür yollarında büdrəsə dursa,
Kiriməz göz yaşı tökər,bacılar.
Ataya xərcləyər ayın,illərin,
Anayla bölüşər,hər bir sirlərin,
Xoşbəxtlik güllərin,sevinc güllərin,
Qardaş baxçasında əkər,bacılar.
Anar eldə gəzir,şeyirin,sözün,
Bacı şərəfinə tərif qoş özün,
Ayrılıb ev,eşik,olsada gözün,
Ata ocağına dikər,bacılar.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев