"Əgər yer üzünün əhalisi 2 nəfərdən ibarət olsa , o ikisindən biri hökmən imamdır. Ən son ölən də imamdır . Bu ona görədir ki , kimsə Allah qarşısında höccətləşməsin ki , onu ilahi höccətsiz qoymuşdur ".
İmam Sadiq ( a.s )
Mənbə - ( Şeyx Səduq "İləlul Şəraye ,səh-195)
Zülm eləmək yaxşı deyil heç zaman,
Tökmə nahaq qan, gedər abrin-həyan.
Hümməti xalqın pis olar, qorx aman,
Məzlum ahından çəkin, ey hökmran.
Hümmət o yerdən ki, salar bir nəzər,
Baxma həqarətlə, əsər göstərər.
Bir neçə hümmətli kişi, sal yada,
Neylədi hümmətlə böyük Mahmuda...
Eylə zülm xəncərini sən kənar,
Oxlarına olmayasan sən düçar.
Şahlıq üçün şərtdir ədalət fəqət,
Aləmə zülm oldu, yetər, bir sənət.