....... Bir Qadına toxunmağı öyrənməlisən, əzizim. Əvvəl qəlbinə toxunmalısan, sonra ruhuna, sonra isə cisminə.... Bir Qadının qəlbinə 2 cür toxuna bilərsən; ya qırarsan, ya qaldırarsan. Bir qadının cisminə də iki cür toxuna bilərsən; ya vurarsan, ya yaralarına sığal çəkərsən, özün yara açmazsan.
...... Sevgi görmək üçün sevgi verməlisən, əzizim. Bir Qadın sən onu sevməsən də sevər. Amma qadın sevməyi sevər. Sevilməyi sevər. Zamanla isə sevgi görmədiyi yerdən ya gedər ya da çürüyər. Hər iki halda da bu vəziyyət səni daha kişi etməz. Səni insan etməz.
.... Sənə aid olmayan qəlbdən də, bədəndən də əlini çək. Sən yanlışdan tutduğun müddətcə, doğruların da yönü itib yolu azar..
Nazlı Dəniz
....... İnsan sevdikdən sonra qədir bilməyi öyrənir. Ölməkdən qorxmağı və onu incitməmək üçün ondan əvvəl ölməməyi düşünür. İnsan sevəndə dua etməyi öyrənir. Öyrənir ki, göylərdən onun varlığının sabitliyi üçün qoruma istəsin. İnsan varlığının hər gününə şükr edir.
....... İnsan sevincə sığalın dəyərini öyrənir. Öyrənir ki, bir də onu itirməsin. Çünki həyat bir göz qırpımı qədərdir. 20 yaşda təsvir etdiyimiz qədər rəngarəng deyil və rəngin qarasından qorunmaq üçün əlindən gələni edirsən.
...... Ölümsüz bir dünya yoxdur. Amma sevgisiz dünya ölümdən də betərdir. Tay tayına əvvəl-axır qismət olur. Yetər ki, qədirlərini bilsinlər. Bir ömür gözləsələr belə..
Nazlı Dəniz