Aşağıdakı video 27 mart 2023-cü il, saat 14:50 radələrində Sabirabad şəhərində çəkilmişdir. 99YP127 nömrəli avtomobilin qabaq oturacağında əyləşən şəxs Sabirabad RPŞ DYPB-nin rəisi, polis kapitanı Rasim Əliyevdir. Maraqlıdır, görəsən Rasim Əliyev və digər YPX əməkdaşının sürücü ilə nə "alış-verişi" var?
Sabirabad rayonunda demək olar ki, hər yerdə qanunsuz küçə ticarəti ilə məşğul olunur. Bütün bunlar da piyada və avtomobillərin sərbəst hərəkətinə ciddi maneələr yaratmaqla əhalinin haqlı narazılığına səbəb olur. Əhali arasında danışılan söhbətlərə və ticarətlə məşğul olan şəxslərin özlərinin dediklərinə görə bunun üçün kimlərəsə aylıq xüsusi haqq verilir və verilən bütün pullar qəpiyinə qədər Sabirabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalova çatdırılır. Hər gün küçələrdə gəzən onlarla polis əməkdaşlarının qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə şirin söhbətləri və onların qanunsuz əməllərinə göz yummaları da adamda tam əminlik yaradır ki, bütün bunların başında Sabirabad RPŞ-n
Məlum məsələdir ki, İlham Əliyev "Məmurlar qudurub!" deyəndə heç də onların quduzluq xəstəliyinə yoluxmasını nəzərdə tutmurdu. O, məmurların qanunlara məhəl qoymamalarını, tutduqları vəzifələrə yaraşmayan qeyri-etik davranış nümayiş etdirmələrini, insanlara hörmətsiz yanaşıb, onların hüquqlarını pozmasını və s. qanunsuz hərəkətlərini nəzərdə tutaraq bu sözləri demişdi. Sabirabad Rayon Məhkəməsinin hakimi Bağırov Nurəddin Abuzər oğlu da bu gün (11.08.2022) mənim barəmdə keçirilən məhkəmə prosesində İlham Əliyevin yuxarıda deyilən sözlərinə uyğun hərəkətlər etdi. İnşallah, növbəti yazılarımda onun qanunsuz və qeyri-etik hərəkətləri barədə faktlarla geniş məlumat verəcəm.
Saatlı şəhərində yol hərəkətini nizama salmaq üçün 2 yerdə svetofor qurulub. Bu svetoforlardan keçərkən düşünürsən ki, görəsən bu svetoforları quraşdıran və onların lazımi vəziyyətdə işləməsinə nəzarət edən şəxslər HARASI İLƏ DÜŞÜNÜR?! Belə ki, Heydər Əliyev prospekti ilə Qara Qarayev (indiki Xalid Nəciyev) və Cəfər Cabbarlı küçələrinin kəsişməsində qurulmuş svetoforlarda Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən 30 saniyə qırmızı işıq, 25 saniyə isə yaşıl işıq yanır. Adından da məlumdur ki, Heydər Əliyev prospektində (hər yerdə olduğu kimi burada da şəhərin əsas küçəsidir) avtomobillərin hərəkəti digər küçələrə nisbətdə daha intensivdir. Əlavə olaraq bildirim ki, əksər hallarda Heydər Ə