Heç vaxt evlənməmiş və övlad sahibi olmamış yazıçı Frans Kafka (1883-1924) Berlindəki bir parkda gəzərkən, ən sevdiyi gəlinciyini itirdiyi üçün ağlayan balaca bir qız uşağıyla tanış olur. Kafka uşaqla birlikdə gəlinciyi axtarır, lakin tapmır. Ertəsi gün onunla gəlinciyi axtarmaq üçün yenidən görüşmək istədiyini söyləyir. Fəqət yenə tapa bilmirlər. Kafka qıza gəlincik tərəfindən yazılmış bir məktub verir. Məktubda "Lütfən ağlama, dünyanı görmək üçün bir səyahətə çıxdım. Sənə macəralarım haqqında yazacam" - deyilirdi.
Beləcə Kafkanın həyatının sonuna qədər davam edəcək bir hekayə başlayır. Kafka balaca qıza gəlinciyin macəralarından ibarət olan məktublarını oxuyar və sonra uşağın xoşuna gələn