Bu gün Azərbaycanda nikahsız uşaq dünyaya gətirib, övladı ilə tək qalan anaların sayı az deyil. Çox zaman rəsmi nikaha daxil olmadan ailə quran qadınlar rəsmi nikah olmadan uşaq dünyaya gətirilər. Yəni bəzi ailə quranlar rəsmi nikaha deyil , vətəndaş nikahına və kəbinə əsalanaraq ailə həyatı qururlar. Bu isə sonradan həmin qadınları hüququn sərt üzü ilə rastlaşdırı. Həmin qadınlar hüquqi və digər problemlərklə üz üz qalırlar.
Onları el arasında müxtəlif adlarla adlandırırlar. “Qanunsuz uşaqlar” deyən də var, lap irəli gedib “bic” damğası yapışdıran da. Əslində isə onlar nikahdankənar dünyaya gələn uşaqlardır. Cəmiyyətin onların necə adlandırmasından asılı olmayaraq, qanun bu uşaqları belə qəbul edir. Son zamanlar nikahdankənar doğulan uşaqlarla bağlı statistik göstəricilərin artması narahatlıq üçün əsas verib. Bir çoxlarının düşüncəsinə görə, bu, ölkədə azad seksin daha geniş yayılmasının göstəricisidir. Milli mentalitetlə qətiyyən uyğun olmayan Avropa ənənəsinin yayılması və rəqəmlərdə əks olunan reallıq təhlükəli məqamlardan xəbər verir. Yaxın illərin statiskasına diqqət yetirək. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə rəsmi nikahda olmayan qadınlar tərəfindən 25069 , 2014-cü ildə 25486 uşaq dünyaya gətirilib. Yəni statistikada artım var. Ancaq bu uşaqlar harda dünyaya gəlib? Bu sualın cavabı cəmiyyətin səbəbi əslində Avropada yox, başqa yerdə axtarmasını vacib edir. Yenə rəqəmlərə baxaq. 2014-cü ildə belə uşaqların sayının artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanın iri şəhərlərində 10892, 2014-cü ildə 9772 uşaq rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 11177, 2014 ildə isə 15714 uşaq doğulub. Rəsmi məlumatlar “azad seks” səbəbini aradan qaldırır. Təbiidir ki, kəndlərdə tam olaraq azad seksdən danışmağa dəyməz, o zaman bu uşaqları dünyaya kim və hansı halda gətirib? Bu əsasən valideynlər tərəfindən azyaşlı qız uşaqların ərə verilməsi ilə nəticələnir .
Qanunlara görə, rəsmi nikahda olan cütlüklər boşandığı halda ana öz övladı üçün aliment tələb edə bilir və nikah dövründə əldə edilmiş əmlakların bölgüsü barədə iddia qaldıra bilirlər.
Baxaq görək nikahdankənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
İlk öncə qeyd etmək isteyirəm ki , ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Şəxs uşağın atası kimi qeydə alınır və müvafiq aliment müəyyən edilir. Lakin əksər hallarda ata bu məsələdən yayınır. Uşağın atası olduğu iddia edilən şəxs bunu könüllü etiraf etmədikdə məsələ məhkəmə yolu ilə həll olunur. məhkəmə həmin şəxsin uşağın atası olduğu haqda qərar çıxardıqdan sonra alimentlə bağlı prosedur başladıla bilər. Bu halda uşaq nikahdan kənar doğulsa da, o, digər uşaqlarla eyni hüquqa malik olur: Məhkəmənin qətnaməsi ilə 18 yaşadək uşağa aliment verilməsi təmin olunur.
Bir məqama diqqət etmək lazimdir ki , uşağın atası olan şəxs , uşağın atası olmasını inkar edirsə bu zaman məhkəmə ekspertiza təyin edir. Məhkəmə tibbi ekspertiza təyin edilməsi və DNT analizi aparılması haqda qərar verdikdə buna xərclənən vəsait kimin hesabına ödənilir? Əgər ekpertiza nəticəsində şəxsin uşağın atası olduğu sübuta yetirilərsə, bu zaman tələb olunan məbləğ onun üzərinə düşür. Yox, əgər iddianın əsassız olduğu ortaya çıxarsa və həmin şəxsin uşağın atası olmadığı məlum olarsa, ana tələb olunan xərci ödəməlidir.
Hər bir halda rəsmi nikaha daxil olmadan ailə qurmaq arzu edilən deyil.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев