Nikah pozulan zaman hansı məsələlər həll edilir?
Azərbaycanda nikahın pozulması həm məhkəmə qaydasında, həm də müvafiq icra hakimiyyəti orqanında – Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində mümkündür.
ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa və hər ikisi razıdırsa, bu halda, nikaha müvafiq icra hakimiyyəti orqanında, yəni ZAQS kimi tanınan qeydiyyat şöbələrində xitam verilə bilər.
Bundan başqa, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olsa belə, ər, yaxud arvad məhkəmə qaydasında itkin düşmüş, qabiliyyəti olmayan hesab edildikdə, cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda onlardan birinin ərizəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti həyata keçirilir. Bu zaman ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi və uşaqlar barədə yaranan mübahisələrə isə məhkəmə qaydasında baxılır.
Qeyd edilən hallardan başqa, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, yaxud tərəflərdən biri nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur:
Razılığı olduğu halda, onlardan biri qeydiyyat şöbəsində nikahın pozulmasından yayındıqda da nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
Tərəflərdən birinin əriəsinə əsasən işə baxan məhkəmə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü müəyyən edilərsə, nikah məhkəmə qaydasında pozulur.
Nikahın pozulması ilə bağlı işlərdə müddətlərə gəlincə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan, ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir:( Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur.)
Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu müddət ərzində barışıq olmadıqda, yaxud onların hər ikisi və ya biri nikahın pozulmasında təkid etdikdə nikah pozulur. ( Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfındən
müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.)
Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə saziş təqdim edərək, yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını,(Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. ) uşaqların saxlanması üçün alimentin miqdarını , , ehtiyacı olan, əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını, ər-arvadın niukah dövründə onların qazancı hesabına alınmış ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edə bilərlər.
Belə saziş olmadıqda, yaxud təqdim edilən saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə bu məsələləri özü müəyyən edir.
Nikah qeydiyyat orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən nikaha xitam verilmiş sayılır.
Nikah məhkəmə qaydasında pozulduqda isə xitam verilmə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən sayılır.
Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.
Məhkəmə qətnaməni qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına çıxarış göndərməyə borcludur.
Tərəflər nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməzlər.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев