Məhərrəmin 9-cu gecəsi – Qardaşım, Abbas! Susuzlar üçün su gətir!
İmam Hüseynin (ə) qoşununun bayraqdarı Həzrət Abbas ibn Əli (ə) bütün səhabələrin, qardaşları və əmisi uşaqlarının şəhadətə yetdiyini gördüyü zaman Allahla görüşmək şövqü ilə irəli çıxdı və bayrağı götürdü, qardaşı İmam Hüseyndən (ə) meydana getmək üçün icazə istədi.
İmam Hüseyn (ə) buyurdu:
يا أَخي كُنْتَ الْعَلامَةَ مِنْ عَسْكَري وَ مُجْمِعَ عَدَدِنا، فَإِذا أَنْتَ غَدَوْتَ يَؤُلُ جَمْعُنا إِلَى الشِّتاتِ، وَ عِمارَتُنا تَنْبَعِثُ إِلَى الْخَرابِ
«Ey qardaşım! Sən mənim (qoşunumun əzəməti) və əsgərlərimin birlik mərkəzinin nişanəsisən. Əgər sən də (gedib şəhid olsan), bizim dəstəmiz pərakəndə və viran olar.»
Abbas (ə