Duyğum səpələnib sanki qum kimi
Qəlbimə əkilib bir bir tum kimi
Bir ağ göyərçindən namə göndərsəm
Salamım könlünə düşər görəsən.
_______ " 💌 ... Sən Üzünə Sürgün Olduğum Qadın
Qardaşım Olan Gözlərini Unutmadim
Çocuğum Olan Alnını Sevgilim Olan Ağzını
Dostum Olan Əllərini Unutmadim.
_____ " Səhər Mənim Üçün..
Ürəyimdə Məskunlaşan Iki Qadından Birinin Ad Günüdür.
və Mən Onu Yerdən Göyə Qaldirib Göy Üzündə Mələklərin Şahidliyi Altinda Bir Şair. Şeiri İlə Təbrik Edirəm
Yaşını demə.
Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim,
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!
Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!
Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!
Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnə