Ey üzü qan ilə əlvan bala vay! Sənə canım ola qurban bala vay! Ey mənim Yusifi Kən”anım oğul *** Ey qızıl qanına gül tək boyanan Ey şərəri atəşə qəlbi yanan Xeymədə indi yolun gözlər anan Ey olan sərvi-xuramanım oğul *** Gərçi Şam əhli tutub sağ-solumi Qoy salım boynuva bir cüt qolumi Xeymədə gözləyir itrət yoluvi Necə yanmaz dili suzanım oğul *** Evimi yıxdı yıxılmağun Əli Bu qızıl qanə boyanmağun Əli Çoxdi əxyamidə müştaqun Əli Gözləyir itrəti nalanım oğul *** Mənə Səd oğli vurur zəxmi zəban Verir oğlanların izzətlə nişan Eylədi dil yarası bağrımı qan Dil açıb tənəmə üdvanım oğul *** Ey "Kərimi”, sən Hüseyn nökərisən Bu müqəddəs qapunun nokərisən Oxşa bu dillər ilə Əkbəri sən: "Aç gözün qanına qəltanım oğul”
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3