Xəzəli xalı tək yollara sərdi.
Hərdən rüzgarları döydü qapımı,
Yar sandım, həsrəti bağrımı dəldi.
Yağır narın- narın payız yağışı,
Hər damla göylərin yerə alqışı.
Elə təmizləyir, yuyur hər yanı,
Müsafir edəcək elə bil qışı.
Alır bu şəhərin üstünü duman,
Çökür qaranlıqlar gecə olmadan.
Ancaq ürəyimdə bitməyir həvəs,
Gözəl gələcəyə edirəm güman.
Yarpaqlar tökülüb güllər solacaq.
Baxıb mənzərəyə gözlər dolacaq...
Ürəkdə bir ümüd hey pıcıldayır:-
Bəlkə də bu payız başqa olacaq.
Yağan yağışlardan soruşdum səni,
Köcən durnalara verdim naməni.
Damlalar isladıb yudu hər yeri,
Qəlbimdən də yuyar qəmi, qüssəni.
Əminəm, bu payız başqa olacaq,
Soyuq mənzilimdə ocaq yanacaq.
Bitəcək imtahan, bitəcək həsrət,
Yaralı könlümü yar ovudacaq.
Könül Xanım
26.10.2018.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 66
Gözel yazmisiz.
Qemine boyandi solgun ciceyler.
Awiq öz yarina diqqet eylese,
Ona özgesinin nezeri neyler?