Təsadüfü bir yazı, sözün əsl mənasında sevgiyə, dostluğa, insanlığa dəyər verən iki insanı birləşdirdi.Uzaq bir ölkədə -20-ilə yaxın məskən salmış gözəllikdə mələklərə-pərilərə meydan oxuyan çiçək kimi bir xanım yaşayırdı.-Sosial şəbəkədə daim qiymətli yazı—şeir-qəzəl və digər maraqlı yazılar görəndə onun ətrafında diqqətlə fırlanıb nəticə çıxartmağı özünə vacıb bilirdi.
Bir gün, gözləri ürəklər titrədən bir şeirə rast gəldi, oxuduqca oxudu, müəllifini görmək, şeirdəki yazılarla çırpınan bu ürəyin sahibini görmək istədi. Müəlliflə yaxından tanış olmaq, bəlkə də əbədi dostluq körpüsünün atılmasına səbəb olacaqdı.Utana –utana müəllifə dostluq göndərdi.Cavabın necə nə nə cür olacağını düşünmədən sanki ürəyinin saf sevgi toxumlarını yazıları ilə ona tərəf səpdi.Mələk üzlü bu oxucunun cavab həsrəti uzun çəkmədi, müəllif çox keçmədi ki, ona səmimi etirafını bildirmək üçün cavab yazdı. Onun şeirə verdiyi dəyərə görə, yüksək oxucu sevgisinə görə üzünü görmədiyi oxucusuna təşəkkürünü bildirdi. Hər iki tərəf dilində deməsə də qəlblərində canlı görüntü ilə danışmaq istəyirdi. Əslində şeytan oyuncağı olan bu internet sözün əsl mənasında möcüzələr yaradırdı.Ünvanı bilinməyən insanları bir birinə sevdirir, görüşdürür və həttə ailə qurmasına gətirib çıxarırdı.Bu iki oxucu və müəllifində hekayəsi belə başladı.
Bir –birinə olan sonsuz hörmət və sevgisi iki orta yaşlı insanları bir birinə çox möhkəm bağladı.İlk tanışlıqları görüntü ilən başladılar. Saf sevgi, təmiz qəlbin büllur nəğməsi, ülvü məhəbbətin çağrışı bu iki yeni eşq atəşinə yananları bir birinə elə bağlamışdı ki, hər gün saatlarla görüntü ilə danışırdılar və danışdıqca da bir birlərinə daha çox bağlanırdılar. Məsafəcə çox aralı olsalar da internet iki qəlbi elə bağlamışdı ki, içdikləri su, yedikləri çörək belə bir birlərindən ayrı olmurdu.Bir gün qürbətin mələyi görüntü ilə danışarkən,bir göl kənarında ağacın altında dayanıb sevinc yaşlarını yanaqlarına süzə süzə şairə ---bilirsənmi bura haradı—şair , deyə soruşdu.Şair gözəllik donuna bürünmüş mənzərəni görüb, hardan bilim gözüm nuru , deyə cavab verdi. Bax şair, bura bizim görüş ağacımız olsun, hər gün gəlib bu ağacın altında səni gözləyəcəm, burdan sənə görüntü ilə zəng edəcəm.Sevgimizin şahidi bu gölün saf suyu ilə böyüyən ağacımız olsun.Hər gün bir birlərinə həmin ağacın altında can can deyən bu aşıqlər, zamanı az olan ayrılıqa dözə bilmirdilər. Şairin həyat tərzi qürbətdəki mələyin həyatından tam fərqli idi.Ağrılı-acılı həyat tərzi şairi qəlbinin qapısını xəbərsiz gəlib döyən mələyin sevgisi ilə tam yaddan çıxartmışdı.Böyük və əvəzsiz sevgi şairi tam başqalaşdırmışdı.-Bir gün şair canından qiymətli bildiyi qürbət mələyini sarsıdıcı xəbərlə ağlatdı.şairin gözləri kəskin baş ağrıları nəticəsində tutulmuşdu. Həkimlər bir müddət kitabdan, internetden, ümumiyyətlə yazı-pozudan və şua verən hər şeydən uzaq olmaq məsləhətini dedilər.Qəribə hal baş vermişdi. Şairin bu halına nədənsə canından çox sevdiyi mələyi inanmadı.Gözünün görməməsi bir yandan sevdiyi yarın inamsız olması bir yandan şairi çox sıxdı. Neçə dəfə sevdiyi xanım təkidlə -aç kameranı səni görüm-desədə, şair acınacaqlı vəziyyətini canından çox sevdiyi yarına göstərmədi.Çünkü müvəqqəti də olsa gözləri kor olmuş vəziyətini sevdiyinə göstərmək onu üzmək dedmək idi.Ancaq qarşı tərəf başqa cür qəbul edirdi. Şair çox yalvardı-səbr et dedi-bir az səbrli olaq, mualicə qurtarsın, gözüm açılsın görüşək—ancaq, sanki sevgisi soyumuş Qürbət mələyi öz bildiyi kimi edirdi.Yavaş –yavaş ara soyudu—şair həm sevdiyi yarına həsrət qalmışdı həmdə gözlərinin nuruna-,
Bir gün qürbət mələyi əvvəllər səni canımdan çox sevirəm dediyi şairinə zəng edib onu daha da şiddətli ağrıverici şəkildə sarsıtdı.—mən bilirəm, sən başqasını tapmısan, məni daha sevmirsən,ona görə qoymadın səni görəm, yalançı..daha səni sevmirəm və nələr-nələr deyib telfonu söndürdü---əslində telfonu söndürməklə şairi öldürdü.Aradan iki ay keçdi. Şair Həkimlərin səyi nəticəsində tam sağaldi, gözlərinin nuru özünə qayıtdı.Doğrudur əvvəlki kimi görməsə də özünü rahat idarə edirdi,yazırdı, pozurdu.ancaq sevdiyi xanım nömrələri və sosial şəbəkələri onun üzünə bağlamışdı.Həsrətə son qoyub vüsala yetmək üçün şair hər şeyə razı idi.Lakin bir gün onun ürəyini yerindən oynadan və ona ən ağır zərbə endirən bir mesaj gəldi..Hal hazırda sənin udduğun havadan,içdiyin sudan, alıb içirəm, gəzdiyin torpaqda gəzirəm..yəni gəlmişəm vətənə, ancaq sən mənə lazım deyilsən..şair bu mesaji oxuduqca yaxın keçmişə boylanıb göz yaşları içində dodaqaltı pıçıldadı....Bəs görüş ağacının altında verilən söz, içilən and-gecələri səhərə qədər Allah qarşısında bağlanan əhd-peyman...görəsən bizim görüş ağacımızın altında məndən başqa neçə neçə insanlara söz verib yandıracaqsan---heyif çox heyif..
Приєднуйтеся до ОК, щоб подивитися більше фото, відео та знайти нових друзів.
Коментарів немає