HAMI OXUSUN
Bir adam ən çox 3 qadın ala bilər. “İraq Şam İslam Dövləti”nin (İŞİD) işğal etdiyi
yerlərdə tutduğu xristian və yezidi qadınları
kölə bazarlarında satdığı iddiaları ilk dəfə rəsmi
olaraq açıqlanıb.
GENCLERIN MEKANI qrupu xəbər verir ki, İraqda öldürülən İŞİD-in əmir statusu verdiyi
yüksək səviyyəli rəhbərin üzərindən çıxan
və təşkilatın möhürünün olduğu sənəddə İŞİD
tərəfindən bir bazar qurulduğu, burada xristian
və şeytana sitayiş edən qadınların satıldığının
yazıldığı bildirilir. Üzərində hicri təqvimə görə 14 Zilhəcc 1435
(16 oktyabr 2014) tarixi olan sənəddə bazarda
hər yaşdan qadının olduğu, yaşı böyük
qadınların ucuz, yaşı kiçiklərin isə daha baha
qiymətə satıldığı bildirilir. “Alış-verişi qəbul etməyənlər öldürüləcək” İŞİD-in yalnız rəhbərlik səviyyəsində
əmrlərinə göndərdiyi bildirilən qənimət satış
qiymətləri aktında, “Bismillahir-rəhmanir-rəhim.
Bizə bir xəbər gəldi. Qadınları və qənimətləri
satmaq üçün bir bazar var. Bu bazarda qiymətlər
hazırda çox düşüb. Qiymətlərin düşməsi İslam iqtisadiyyatı düşdüyü üçündür. Bu mübadiləni
qəbul etməyənlər öldürüləcəkdir” ifadələri
yer alıb. Sənəddə qənimət satışındakı geriləmənin
ardından İŞİD gəlirlərinin və mücahidlərin
maliyyələşdirmənin qarşılanması səbəbindən
qənimətlərin satıldığı bazarlara nəzarət
qoyulmasının vacibliyi qeyd edilib. 1-9 yaşlı qızlar 200 min dinar Sənədin alt hissəsindəki qiymət siyahısında
satılacaq qadınların hamısının yanında şeytana
tapınan və ya xristian qadınlar ifadələri yer alır.
Siyahıya görə, 30- 40 yaş arasındakı bir qadının
75 min dinara satılacağı qeyd olunub. Siyahıda
20-30 yaş arasındakı qadının 100 min dinar, 10-20 yaş arasında qadının 150 min dinar, 40-50
yaşında olan qadınların 50 min dinara satılacağı
qeyd edilib. Siyahının ən aşağında isə 1-9 yaş
aralığında olan qızların 200 min dinara satılacağı
göstərişi verilib. Türklər və suriyayılar istrədikləri qədər qadın ala bilər Sənədin ən alt hissəsindəki açıqlamada isə bir
adamın ən çox 3 qadın ala biləcəyi bildirilir.
Şərh hissəsində yalnız türklər və suriyalıların
istədiyi qədər qadın satın ala biləcəyi ifadələri
yer alıb. İraqda olan təhlükəsizlik qüvvələri
İŞİD-in Mosulda böyük bir iqtisadi böhran yaratdığını və təşkilatın bu böhrandan xilas
olmaq üçün yollar aradığını bildirib.
Mütəxəssislər ələ keçirilən sənədin təşkilatın
qul bazarlarında satışı tənzimləmək üçün yazmış
olduğunu qeyd ediblər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев