Предыдущая публикация
Bu xaraba qalmışın,dərdi diz boyuncadı,
Hər kəsin öz ağrısı,
qayğısı boyuncadı.
Baxmayın e boyuma, bir balaca ucadı,
Ağrıyan tərəfimdə,
içimdə gizlənmişəm.
Minbir arzu dilədim, Allahın hər adına,
Dedim bəlkə düşərəm,
yaradının yadına.
Arzularım kül oldu,isinmədim oduna,
Kül olmuş ümidlərin,
içində gizlənmişəm.
Qanadları od saçan "Simurq"un lələyində,
Gecikmiş bir sevginin,
suçunda gizlənmişəm,
Bu dərdi danışmağa, təpər yox ürəyimdə,
Mən susan adamların,
"heç"ində gizlənmişəm.
Bir kimsə tapa bilməz,bu ağrını içimdə,
Nə bu boyda,bu qamət,
bu kimsəsiz biçimdə.
Axtarmayın qırxımda,yeddimdə, ya üçümdə,
Mən kimsəsiz adamın,
köçündə gizlənmişəm.
Oğuz Alparslan
07.01.2024
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 15
Əllərinə sağllq gözel insan,
Müəllifi qeyd etmişəm sonda..