Errehman surəsinin fəziləti
İmam Sadiq (ə) buyurdu: Namazlarınızda "ər-Rəhman" surəsini oxumağı tərk etməyin. Çünki qərar tapmaz. Qiyamət günü Allah onu ən gözəl və xoş iyli adamlar sifətində gətirər, və elə bir yerdə dayanar ki, Allaha nisbət ondan yaxında heç kəs dayanmaz. O zaman Allah ona xitab edər: Səni oxuyanlar kimlərdir, və namazda həmişə səni tilavət edərdilər? Sonra o deyər: Filan və filan. Beləliklə onların çöhrəsi ağ və nurlu olar, və onlara (onu oxuyanlara) deyər, hər kimi istəyirsiniz şəfaət edin. Onlar da bacardıqları qədər şəfaət edərlər, və bir kəs nəzərdən kənarda qalmaz. Sonda Allah buyurar, Behiştə daxil olun, və onun hansı yerində istəyirsiniz özünüzə mənzil seçiniz.