UMMUL-BƏNİ
Vaxt o vaxdir ki xanim etdi vida dünyaya
Necə müddət Əli yas tutdu xanim Zəhyaya
Bəni-haşim düşünüb gəldi bucür mənaya
Bir həyat yoldaşi lazimdi Əli mövlaya
Elə yoldaş secəyin tabeii- QURAN olsun
Əli övladina bir, rəhməti- şayan olsun
Bir gəlin gəldi Əlinin evinə ruhu təmiz
Gordü bu evdə hələ tufan edir qəmli dəniz
O ana yox,anasiz korpələrə oldu kəniz
Hər bir işdə olari tutdu caninnanda əziz
Hami ummul- bəni əxlaqina heyran olsun
Ruzi-məhşərdə yerin Cənnəti-rizvan olsun
Elə ki, Əbbasa ol gün anasi verdi həyat
Eşideydün necə pis soz danişirdi camahat
Daha Zəhra bu yetim körpələrə yoxdu nicat
Bu söz ummul-bəninin qəlbini etdi narahat
Dedi: meydan secəcəm mərkəzi meydan olsun
Elə yer olsun ora sayda cox insan olsun
Belə nahaq danişan xalqi utandirdi xanim
Yeddi günnüg balasin yerdə uzandirdi xanim
Əli övladini bir yerdə diyandirdi xanim
Olarin başina Əbbasi dolandirdi xanim
Dedi: bir söz deyəcəm ki, təzə e’lan olsun
Ama sakit dayanin dinləməy a’san olsun
Camahat bir qadinin ki, Əli usdadi ola
O qoyar Fatimənin qəbridə fəryadi ola?
Blii, ummui-bəninin yüzdənə ovladi ola
Yüzünündə adi Əbbas ola bir adi ola
Yüzüdə Fatimə ovladina qurban olsun
Indidən nəzr edirəm Əbbasim ehsan olsun
Anasi Əbbasa cox verdi nəsihət öyüdü
Bu ev əhli bir ağacdi Rəsulullah köküdü
Belə bir tərbələrnən yəni Əbbas böyüdü
Oda oldu atasi tək Bəni-haşim igidi
Rəsmidi, aslanin oqlu gərək aslan olsun
Cəngi-meydana qədəm qoydusa tufan olsun
Əlqərəz il dolanib mahi- məhərrəm yetişib
Kərbəlada o zaman həqqilə batil görüşüb
Həqq tərəfdən Əlinin oqlu Əbəlfəz döyüşüb
Kəsilib qollari atdan üzü üstündə düşüb
Hələ daşnanda vurublar onu alqan olsun
Oda səslərdi Hüseyni ona a’yan olsun
Qeybidən gəldi səda səsləmə öz qadaşivi
Bu biyabanda oqul boşlama gəl yoldaşivi
Gəlmişəm Fatiməyəm mən siləcəm göz yaşivi
Bilirəm coxdu yaran sinəmə qoy öz başiyi
Qoymaram ummui bəni qəlbi pərişan olsun
Şahidim məhşərə bu qanli biyaban olsun
Baxma ey fəri Rəsul Əbbasuvun var yarasi
Min ola göz yarasi min ola qollar yarasi
Qoymaram sinəvə baş min ola oxlar yarasi
Zeynəbin başin aqardibdi o mismar yarasi
Səni bu dərdə salan qanina qəltan olsun
Əliəsğər yarali sinəvə dərman olsun
Şiələr qurban ola qeyrətivə ya Əbbas
A’li Zəhraya olan xidmətivə ya Əbbas
Dözmür artiq ürəyim həsrətivə ya Əbbas
Mənidə qəbul elə dəvətivə ya Əbbas
Gecə- gündüz dilərəm fürsətə imkan olsun
Haci Elşəndə sənin qəbrivə mehman olsun
Haci Elşən Xəzər


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2