Allahın Peyğemberi
(s) buyurub: «Kim müselman kişi ve ya qadının qeybetini ederse, qeybet olunan onu
bağışlamayınca, Allah qırx gece–gündüz onun namaz ve orucunu qebul etmez.»
Mizanul Hikmet.Hedis-3623.
İstirəm söhbət açım incə gözəl mətləbdən
Əlinin, Fatimənin qoyduqu bir məktəbdən
Ürəyim cuşa gəlib eşqi xanim zeynəbdən
Bar İlaha dilimə söz sözümə hikmət ver
Məmbeyi zinətə xatir yazıma zinət ver
Hansı zinətdi bu zinət Əlinin zinətdi
Bu xanim Fatimənin abrı həya ismətidi
Həsənin izzetidi, namusudu , qeyrətidi
Bu ki, məzlum hüsenin tez qocalan zeynəbidi
Neçə gün qəmçilər altinda qalan zeynəbidi
Zeynəbi qəmçilərin yanğısı yandırmırdı
Qoldakı yarələrin ağrısı yandırmırdı
Yarənin zəncir ilə sarğısı yandırmırdı
Zeynəbin qəlbin Hüsensiz yaşamaq yandırdı
Sınmayan qəddi Hüsen ayrılıqı sındırdı
Badeyi eşqi gərək eşqə yananlar içsin
Yaşılı qırmızıdan qarəni ağdan