Предыдущая публикация
Məni sevdiyini Allah da bilir,
Bax, mən də bilirəm, niyə demirsən.
Dərdimdən divanə olduğun bəlli,
Ağlayıb gülürəm, niyə demirsən?
Bəlkə əlçatmazam çoxundan ötrü,
Sinəm əldən gedir oxundan ötrü,
Məni bihuş edən qoxundan ötrü,
Dağları dəlirəm, niyə demirsən?
Demirsən hər gecə güman yozuram,
Ümid öldürürəm, qəbir qazıram,
Sənə xəyalımda məktub yazıram,
Yazdıqca silirəm, niyə demirsən.
Qorumaq yerinə bəlkə silmişəm,
Məni sel bilirdim, sənsiz lilmişəm,
Diri olduğumu indi bilmişəm,
Dərdindən ölürəm, niyə demirsən?
Həsrət parçalayır, ayrılıq didir,
Dağ tək səbrin varmış, ay Məmməd Qədir,
Gözlərim yolunda kor olub gedir,
Sevgilim, gəlirəm, niyə demirsən?
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 8