Sevgini həyatımın nur işığı sanirdım,
Sevgi saçan gözümü kor qoyana ar olsun.
Od qismətə şükr edib gecə-gündüz yanırdım,
Könlümün bağçasını kor qoyana ar olsun.
Bəs indi sağsan niyə, axı mənsiz ölürdün,
Mən gülsəm ağlayırdın, ağlayanda gülurdün,
Atəşimə yanandan od oğluyam, bilirdin,
Tonqalımı söndürüb qor qoyana ar olsun.
Qismətə dursəklənib mışıl-mışıl yatırdım,
Dan üzünə çevrilib zülmətə al qatırdım,
Azzara da can deyib zəhərə bal qatırdım,
Silib şəkər dilimi çor qoyana ar olsun.
Yarıma xoş gəlmədi, tam olmuşdum yarımda,
İsinmisdi həyatım, ərimisdi qarım da
Balıq kimi üzürdüm sevginin sularında,
Nəfsinin ucbatından tor qoyana ar olsun.
Məmməd, İlahi varkən, kimə uydum, İlahi,
Bəsdi bu işgəncələr, yetər, doydum, İlahi,
Onu gordan çıxarıb həyat qoydum, İlahi,
Həyatımı məhv edib gor qoyana ar olsun,
Dilim-ağzım qurusun, Allah ona yar olsun...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2