Məhəbbət önündə qolun gücü nə?
Güvənir sevginin bitməz gücünə.
Sarılıb qəlbinin ən saf küncünə,
İçimdə bir sən var, səndən xəbərsiz.
Gözümdə xəyalı coşub çağlayan,
Kədərdən qoparıb eşqə bağlayan,
Mənimlə sevinib,mənlə ağlayan,
İçimdə bir sən var,səndən xəbərsiz.
Deyirlər ümiddir sonuncu ölən,
Sonunamı gəldi, bu sevda görən?
Sevginin qədrini səndən çox bilən,
İçimdə bir sən var,səndən xəbərsiz.
Bəxtimə yazılan yazı qaralı,
Dilim ürək olub,qəlbim yaralı,
Məndən cəsarətli,səndən vəfalı,
İçimdə bir sən var,səndən xəbərsiz.
Cisminiz eynidir,şəxsiyyət ayrı,
Diliniz eynidir,ünsiyyət ayrı,
Üzünüz eynidir,xasiyyət ayrı,
İçimdə bir sən var,səndən xəbərsiz.
ALLAH bağışlasın,səni yenidən,
Yaratdım qəlbi