Предыдущая публикация
Sevgimi ömürlük qəlbdə saxlasın, Özgələrə eşq qapısın bağlasın, Ağlayan anımda mənlə ağlasın, Xoş gündə mənimlə gülənim, gəlsin. Demirəm yolumda keçsin canından, Adından-sanından, şöhrət şanından, Bircə ayırmasın məni yanından, Alışsam mənimçün sönənim, gəlsin. Sevgim gah barışar, gah məndən küsər, Daha bu sevgidən qalmayıb əsər, Bu eşqin kəbinin əzrayıl kəsər, Son sözüm bir parça kəfənim, gəlsin. Yox hələ yaşamağ lazımdı mənə, Çevrilib baxmıram daha dünənə, Lənət söyləyirəm olub keçənə, Dərdiylə dərdimi bölənim, gəlsin.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1