GƏNCƏ ÜSYANI
I hissə
BAŞLANĞIC
Bolşevik işğalından sonra Azərbaycanın bütün bölgəldərində çox ağır bir vəziyyət yaranmışdı.
Ölkədə terror tüğyan edirdi, bolşevik ordusunun özbaşınalığı, təhqir və talanı baş alıb gedirdi.
Günahsız insanlar sorğusuz-sualsız güllələnir, millətimizin qaymağını təşkil edən aydınlar - ictimai, siyasi, dini xadimlər planlı şəkildə məhv edilirdi. Əhalinin mülkiyyəti və varı-yoxu bəy, xan, mülkədar, müsavatçı adı ilə müsadirə edilir, müqəddəs yerlər və milli duyğular aşağılanırdı.
Gəncədə ən görkəmli şəxsiyyətlər - Gəncəlilərin sevimlisi, şəhərin general-qubernatoru "Xudu Bəy"-Xudadat bəy Rəfibəylinin, İsmayıl xan Ziyadxanovun, Məmmədbağır Şeyxzamanlının