Xalis əməllər hansıdır?
Allah-təala
həzrət Musaya (ə) buyurdu: “Heç bu vaxta qədər xalis bir əməl yerinə
yetirmisən?” Dedi: “Bəli. Namaz qılmışam, oruc tutmuşam və zikr
demişəm”. Buyurdu: “Namaz sənin siratdan keçməyin üçündür. Oruc cəhənnəm atəşi qarşısında qalxanındır. Zikr isə behiştdəki dərəcələri qaldırır.
Bəs elə isə, bütün bunlar sənin özün üçün olub”. Musa (ə) ağladı və ərz
etdi: “Pərvərdigara! Mənə elə bir iş öyrət ki, yalnız Səndən ötrü
olsun”. Xitab olundu: “Zülm görmüşə kömək göstərmisən? Çılpağı
geyindirmisən? Susuza su vermisən? Alimə ehtiram etmisən? Bunlar xalis
əməllərdir”.
Bir nefer İmam Əliyə(ə) deyir:
"Ya Əli, həqiqətən mən Səni çox sevirəm."
İmam Əli(ə.s) o kəsə deyir:
"Çünki Biz də səni sevirik, Biz səni sevməsək, sən Bizi sevə bilməzsən."