Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov 14 iyul Azərbaycanını siyasi tarixində çox əlamətdar bir gün olduğunu qeyd etmiş, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi olduğunu vurğulamışdır.
Sonra nümayəndə heyətinin rəhbəri, Şəmkir rayon İcra Hakimiyyətinin Başçısının müavini Sona xanım Əliyeva Litva Respublikasının Şaulyay şəhərində keçirilmiş festival haqqında rayon rəhbərliyinə ətraflı məlumat vermiş, səfər çərçivəsində görülmüş işlər haqqında ətraflı məruzə etmişdir.
Festivalın nümayəndə heyətinin üzvü, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov Şaulyay şəhərinə səfər çərçivəsində idman infrastrukturu ilə tanışlıq təəssüratlarını, gələcəkdə qarşılıqlı əlaqələrin qurulması istiqamətində öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев