Məmur oğlu bölmədə polisləri döyüb şikəst etdi - Şok
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb Tamerlan Əsədullayevin həm polis işçilərini, həm də kimsəsiz bir qızı küçədə ağır söyüşlərlə təhqir edərək döyməsi olub. Bu barədə “Axar.az”a polisdəki etibarlı mənbələdən məlumat verilib. Hadisə may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında baş verib. Sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onl